Nərimanov Rayon Məhkəməsində “Tonqal” restoranında kütləvi zəhərlənmə faktına görə həbs edilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
BAKISESI.COM xəbər verir ki, məhkəmənin hökmü ilə o, 3 il müddәtinә azadlıqdan mәhrum edilib.
Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya prostesti verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və apellyasiya prostesti təmin edilməyib. Daha sonra İ.Qasımov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kassasiya şikayəti hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, 2018-ci il avqustun 11-də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənib.
Zəhərlənmə ilə bağlı Bakı şəhər Prokurorluğun cinayət işi başlanıb. İ.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Tonqal” restoranının sahibi 3 il müddətinə azadlıqdan məhrum
04
aprel
08:09
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev