Şərurda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 18-də saat 5 radələrində Şərur rayonunun Aşağı Daşarx kəndi ərazisində Ordubad rayon sakini İ.Ələkbərov idarə etdiyi “Foton” markalı avtomobillə yolu keçən kənd sakini Sahil Qəhrəmanovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 19-da orada ölüb.
Şərur Rayon Polis Şöbəsində araşdırma aparılır.
скачать dle 12.1