Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb. Mirzəyev Ruslan Ələm oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən 67 yaşlı Əliyeva Esmira Ağarza qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.скачать dle 12.1