Qobustanda pirotexniki vasitələrin satışı ilə məşğul olan mağaza sahibi məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Qobustan şəhəri ərazisində yerləşən Cənnətalı Qayıbova məxsus ərzaq mağazasında külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

скачать dle 12.1