Bakıda taksi sürücüsünə qarşı hədə-qorxu gəlinərək telefonu və pulu ələ keçirilib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 27-də Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü İlyasov Elmir Saday oğlu polisə müraciət edərək saat 02 radələrində idarə etdiyi “Xəzər” markalı maşınla taksi fəaliyyəti ilə məşğul olan zaman sifarişə əsasən Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 9 ünvanına gətirdiyi tanımadığı şəxsin qeyd olunan ünvana gəldikdə onu döyərək dəyəri 1 400 manat olan “Honor” markalı mobil telefonu və 65 manat pulunu alaraq hadisə yerindən uzaqlaşdığını bildirib.
Hadisə ilə bağlı E.İlyasov polis bölməsinə dəvət edilib, ərizə və izahatı alınarkən döyülmədiyini, bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi olmadığını, lakin həmin şəxsin ona hədə-qorxu gələrək mobil telefonunu və 65 manat pulunu götürüb getdiyini deyib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Taksi sürücüsü gecə sifarişini yerinə yetirərkən pulu ilə telefonundan oldu
30
dekabr
11:45
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı