Gəncə Şəhər Baş Polis İdarəsin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən, qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb.
Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.
Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb. Qeyd edək ki, polis əməkdaşları A. Canəliyevi zərərçəkən xanımdan “sonuncu dəfə” 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb.
Şöbə əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlər nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Osman Mərdanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng və həmin silaha aid olan patronlar aşkar edilərək götürülüb.
Bundan başqa Baş Polis İdərəsi və onun tabeli qurumlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər də saxlanılıb. Üzərlərindən “metamfetamin” “heroin” və digər narkotik maddələr aşkarlanan şəxslər barəsində araşdırmalar davam etdirilir.
Gəncədə qadını şantaj edən şəxs saxlanıldı
22
may
10:25
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev