Ağsuda “KamAZ” markalı avtomobil aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün səhər saatlarında  Ağsu rayonu ərazisində “Kamaz” markalı yük avtomobilinin sürücüsü, 1987-cı il təvəllüdlü İmişli rayon sakini Elmin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1