Abşeronda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 30-da saat 2 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində baş verib. Hökməli qəsəbə sakini T.Kərimov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı hasara vurub və nəticədə hadisə yerində ölüb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.
скачать dle 12.1