Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Cəngan kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "VAZ 2107" markalı minik avtomobili aşıb. Nəticədə rayon sakinləri 1981-ci il təvəllüdlü Cabbar Həsənov və 2006-cı il təvəllüdlü Sənan Tarverdiyev xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.