DİN Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi haqqında məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə,
Göygöl-Toğanalı-Kəlbəcər yolunda "Kamaz" markalı yük avtomobilinin və "LADA" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, nəqliyyatın hərəkəti bərpa olunub. Qeyd edək ki, hadisə nəticəsində minik markalı avtomobildə olan sərnişin, Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Bayramov Müşfik ölmüş daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
22:48
Göygöldə qəza olub ölən və xəsarət alanlar var.
Hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Kamaz"la  "VAZ 21015"  markalı minik maşını toqquşub.
Qəza zamanı 1 nəfər hadisə yerində ölüb,3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qəzada "VAZ-21015" markalı avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Bayramov Müşfiq ölüb, 1998-ci il təvəllüdlü Xalay Malik oğlu Tahirli, 1998-ci il təvəllüdlü Bayram Vəli oğlu Məmmədov və onların həmyaşıdı Elgün Mübariz oğlu Hüseynli xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
  • Göygöldə “KamAz”la VAZ toqquşdu: Ölən var - (FOTO) YENİLƏNİB
  • Göygöldə “KamAz”la VAZ toqquşdu: Ölən var - (FOTO) YENİLƏNİB
  • Göygöldə “KamAz”la VAZ toqquşdu: Ölən var - (FOTO) YENİLƏNİB
  • Göygöldə “KamAz”la VAZ toqquşdu: Ölən var - (FOTO) YENİLƏNİB
  • Göygöldə “KamAz”la VAZ toqquşdu: Ölən var - (FOTO) YENİLƏNİB
скачать dle 12.1