"Fevraldan mən də futbol haqqında düşünəcəyəm",
"Digisport" nəşri xəbər verir ki, bunu "Neftçi"dən ayrılan baş məşqçi Adrian Mutu deyib.
45 yaşlı mütəxəssis anasının vəfatı ilə əlaqədar hazırda bu barədə fikirləşmədiyini söyləyib: "Ancaq nəyin baş verəcəyini heç vaxt bilmirsən. Mən, sadəcə, sakitləşmək haqqında düşünürəm. Qış hazırlığı ilə məşğul olan komandaların məşqçiləri var. Nə olacağını görəcəyik".
Rumıniyalı baş məşqçi anasının dünyasını dəyişməsinin ona təsir etdiyini sözlərinə əlavə edib: "Ağrı böyükdür, qalır. Onu silmək mümkün deyil. Ay yarım çox çətin oldu. Anam komaya girəndə işlər daha da pisləşdi. Təxminən bir aydır ki, başqa insanam. Hər şeyi bir kənara qoymağa çalışıram. Məni dəstəklədikləri üçün ailəmə təşəkkür edirəm".
Qeyd edək ki, Adrian Mutunun "ağ-qaralar"da müqaviləsi dekabrın 24-də ləğv edilib. Komanda Monteneqrodan olan Miodraq Bojoviçə tapşırılıb.
"Neftçi"dən ayrılan baş məşqçi: "Fevraldan mən də futbol haqqında düşünəcəyəm"
11
yanvar
10:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat