Xəbər verdiyimiz kimi, futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Fransa-Türkiyə qarşılaşması baş tutacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, görüş öncəsi Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qret açıqlamaları ilə diqqət çəkib. Qret ilk olaraq Türkiyə Futbol Federasiyası ilə baş tutan görüş və qarşıya qoyulan tələblərdən danışıb:
"Oyunçular bu kimi bənzər durumlara alışıblar. İlk matçda da türk tərəfdarların qarşısında oynamışdıq. Bütün matç ərzində türk azarkeşlər tərəfindən fitə basıldıq. Dövlət himnimiz də onun kimi... Ancaq düşünürəm ki, "Stade de France"da işlər yaxşı gedəcək. Əlbətdə asan olmayacaq. Çünki, türk tərəfdarlar sayca çox olacaq. Onlardan tək istəyimiz, milli Marşımız oxunarkən fit çalmasınlar. Əgər, tribunalardan fit səsləri yüksəlsə himnimizin səsini daha çox açacağıq. Bundan əlavə matçdan əvvəl Türkcə anonslar ediləcək və xahişimiz çatdırılacaq".
Fransa Futbol Federasiyası prezidenti stadionda 600 polis və 1400 təhlükəsizlik işçisinin olacağını xatırladıb.
Le Qret bundan əlavə stadionda xarici işlər naziri Jean-Yves Le Drian, İdman Naziri Roksana Maracineanunun olacağını, Türkiyədən isə Ədliyyə naziri Abdulhamit Gül ilə Gənclər və İdman Naziri Mehmet Kasapoğlunun iştirak edəcəyini açıqlayıb.
Noel Le Qret Türkiyənin "Barış Pınarı" Hərəkatıyla bağlı suala da cavab verib:
"Bu bir futbol matçıdır. Məncə elə də keçəcək. Hər iki komanda iddialı və yaxşı futbol oynayır. Bu mövzuda heç bir narahatlığım yoxdur. Hər cür təxribata qarşı əlavə təhlükəsizlik tədbirləri alınıb".
Fransa oyundan əvvəl türklərdən xahiş etdi
14
oktyabr
16:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev