Təcrübəli qrossmeyster Teymur Rəcəbovun Şahmat üzrə Dünya Kubokunu əldə etməsinin sevincini sonlandırmamış 14 yaşlı Aydın Süleymanlının yeniyetmələr arasında şahmat üzrə dünya çempionatındakı qələbəsi ölkəmizi ikiqat sevindirdi.
Milli.Az bildirir ki, "Qafqazinfo" dünya çempionunun yaşadığı evə baş çəkib həm təbrik edib, həm də sevincini bölüşüb.
O isə həyəcanla ilk dəfə dünya çempionu olduğunu və həmin an çox sevindiyini ifadə etdi:
"Sonuncu dəfə bu nailiyyəti 2015-ci ildə qazanmışıq. 4 illik böyük bir aradan sonra kuboku Azərbaycana gətirdim".
Aydıngilin evi başdan ayağa onun diplomları, medalları və kuboklarla bəzədilib. Qalib gəldiyi yarışların sayını itirən şahmatçımız 50-dən çox medalının olduğunu dedi:
"2 qat Avropa, 2 qat Azərbaycan, Dünya çempionatının üçüncüsü olmuşdum, son olaraq da Dünya çempionu adını qazana bildim.
5 yaşımda bağçaya gedəndə şahmat dərnəyi var idi. Ora yazıldım və ondan sonra marağım yaranmağa başladı. Evdəkilər məndə bu marağı görüb şahmata yazdırdı".
O, hazırda 249 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Şahmatla yanaşı dərslərini də yaxşı oxuyan Aydının dəqiq fənlərə marağı var:
"Gün ərzində 6-7 saat şahmatla məşğul oluram. Onun bir hissəsi müəllimlə, bir hissəsi evdə təkbaşına keçir. Buna baxmayaraq dərslərimi də çatdırmağa çalışıram. Təbii ki, elə də asan olmur. Qiymətlərim yaxşıdır.
Çox təbrik aldım. Ancaq mənə ən çox motivasiya verən Prezidentimizin və Birinci vitse-prezidentimizin təbrikləri oldu. Onların məni izlədiyini bilmək çox qürurvericidir".
Keçirdiyi 11 oyunun 7-də qələbə qazanan həmyerlimizi izləyənlər və sonradan təbrik edənlər arasında Şəhriyar Məmmədyarov da olub. Dünyanın ən güclü şahmatçılarından birinin onun oyununu əsl ağsaqqal şahmatı adlandırması çempionumuzu çox sevindirib:
"Şəhriyar Məmmədyarovun təbriki mənimçün gözlənilməz oldu. Dünyanın ən güclü 10 şahmatçısından birinin məni təbrik etməsi sevindiricidir. Ümid edirəm ki, gələcəkdə onun kimi güclü şahmatçı ola bilərəm. Teymur Rəcəbovun bütün oyunlarını izləmişəm. Onun da qalibiyyəti bizi çox sevindirdi. Hədəfim elit qrossmeyster olub şahmat tacını Azərbaycana gətirməkdir".
Aydının atası Elşən Süleymanov oğlunun qalib olduğu dəqiqələrdə sevincdən kövrəldiyini deyir:
"Aydının uşaqlıqdan şahmata marağı var, ona görə tezliklə nəticə əldə edəcəyini gözləyirdik. Gözləmədiyim şey ölkə başçısının və birinci xanımın təbriki idi. Bu, bizi daha da ruhlandırdı. Ailəmizdə başqa şahmatla maraqlanan olmasa da, babası Aydın Süleymanov fizika-riyaziyyat elmləri namizədi, alim olub. Yəqin ki, gendən keçmədir. Övladımın gələcəyini parlaq görürəm.
Həmin an insan istər-istəməz kövrəlir. Övladın uğuru valideyn üçün fəxrdir. Bütün valideynlərə həyatda övladın uğurunu görməyi arzulayıram".
14 yaşında dünya çempionu olan şahmatçımız Aydıngildən REPORTAJ
15
oktyabr
12:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat