Braziliyalı sabiq futbolçu Ronaldinyonun Paraqvayda saxlanılma səbəbinə dair daha bir iddia ortaya atılıb.
Bu, keçmiş hücumçunun digər kriminal əməli ilə əlaqədardır. Onun Braziliyanın Portu-Alleqridəki şəxsi mənzillərindən birini qeyri-qanuni azart oyunları üçün ayırdığı müəyyənləşib. Ronaldinyonun öz vətənində gizli geyminqə çevrildiyi üzə çıxıb.
Nəşrin ələ keçirdiyi sənədlərdə Portu-Alleqridə gizlicə qeyri-qanuni oyunlar təşkil edən "Winpoker" təşkilatının "sambaçı"nın evinə qeydiyyata alındığı göstərilib. Bu səbəbdən, Paraqvaydakı həbsin qeyri-qanuni fəaliyyətlə bağlı olduğu güman edilir. Saxta pasport versiyasının Braziliya hökumətinin xahişi ilə açıqlandığı və bu yolla böyük qalmaqalın çıxmasının istənilmədiyi bildirilir.
Hazırda Ronaldinyo Paraqvayda ev dustaqlığındadır. O və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasport təqdim etdikləri üçün həbs olunublar. Aprelin 7-də Ronaldinyo girov qarşılığında həbsxanadan çıxıb. Beləliklə, eks-futbolçu "içəri"də bir ay keçirib. report
Ronaldinyonun daha bir kriminal əməli ortaya çıxdı — İDDİA
02
may
10:52
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev