Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov əməliyyat olunacaq.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə qol.az saytına açıqlamasında bildirib. O, milli komandanın heyətində Moldova ilə yoldaşlıq görüşündə (0:1) zədələnən müdafiəçinin əməliyyat olunacağını və 6 ay müddətində yaşıl meydanlardan kənarda qalacağını deyib:
“Təəssüf ki, tibbi müayinələrdən sonra Bədavi Hüseynovun əməliyyata ehtiyacının olduğu üzə çıxdı. O, diz bağından zədə alıb. Bu isə futbolda ən ağır zədə hesab edilir. Ona görə də Bədavi əməliyyat olunacaq. Bu isə o deməkdir ki, futbolçu 6 ay oynamayacaq. Ümid edirik ki, bərpa müddəti daha az olacaq. Amma indiki halda görünən odur ki, Bədavi 6 ay futboldan kənarda qalacaq. Onun harada əməliyyat olunacağını milli komandanın həkimləri bilir. Çünki Bədavi yığmanın oyununda zədələnib. Buna görə də qaydaya uyğun olaraq onun bütün xərclərini AFFA qarşılayacaq”.
“Qarabağ“a pis xəbər: Bədavi 6 ay oynaya bilməyəcək
14
iyun
19:23
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev