Fatih Terimin istefaya göndərilməsindən sonra "Qalatasaray"ın baş məşqçisi təyin olunan Domenek Torrent heyəti gücləndirmək üçün hərəkətə keçib.
Türkiyə mediası xəbər verir ki, ispaniyalı mütəxəssisin ilk hədəfi Ross Barklidir. "Çelsi"də əsas heyətə düşməkdə çətinlik çəkən 28 yaşlı yarımmüdafiəçinin icarəyə götürülməsi, sonradan isə transfer hüququnun alınması nəzərdə tutulur.
Barkli 2018-ci ildə "Çelsi"yə "Everton"dan 16.8 milyon avroya transfer olunub. Bu mövsüm 12 rəsmi matçda cəmi 428 dəqiqə oynayan ötən mövsüm icarə əsasında "Aston Villa"da çıxış edib.
Domenek Torrentin istədiyi digər futbolçu "Aston Villa"da çıxış edən Trezegedir. "Qalatasaray" bu futbolçunu "Kasımpaşa"da oynadığı dövrdə də istəmişdi. Amma 27 yaşlı misirli forvard 2018-ci ildə 10 milyon avro qarşılığında İngiltərə klubuna transfer olunmuşdu. Cari mövsüm "Aston Villa"nın heyətində cəmi 1 rəsmi oyuna çıxan Trezegenin klubu ilə 2023-cü ilədək müqaviləsi var.
Bu arada Domenek Torrent transferlər üçün uzun illər birlikdə çalışdığı "Mançester Siti"nin baş məşqçisi Pep Qvardioladan kömək istəyib. İspaniyalı mütəxəssislə danışan Torrent bəzi futbolçuların keçidində dəstək olmağı xahiş edib.
"Qalatasaray"ın yeni baş məşqçisinin transfer hədəfləri - Qvardioladan kömək istədi
16
yanvar
11:31
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev