"Vətən" futbol məktəbinin məşqçi-müəllimi Zəfər Hüseynov vəfat edib.
Bu barədə məktəb məlumat yayıb.
Bildirilib ki, məşqçi dünən 41 yaşında dünyasını dəyişib.
Vaxtilə AZAL-ın, "Keşlə"nin aşağı yaş qruplarından ibarət komandalarını çalışdıran Hüseynov qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Zəfər Hüseynov veteran futbolçu Nazim Süleymanovun yaxın qohumudur.
Allah rəhmət eləsin!



скачать dle 12.1