Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk görüşü "Qarabağ" və kubokun son qalibi "Keşlə" arasında olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 17:30-da başlayacaq. Oyunu Vüqar Həsənli idarə edəcək.
"Qarabağ" və "Keşlə"nin ölkə kubokunda yolu indiyədək 6 dəfə kəsişib. İki komanda arasında baş tutmuş 11 görüşün 7-də "köhlən atlar", 2-də paytaxt təmsilçisi qələbə qazanıb. 2 qarşılaşma heç-heçə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 15:7. Son 4 dueldən qalib ayrılan "Qarabağ” 7 oyundur rəqibinə uduzmur. "Keşlə” sonuncu dəfə 14 il əvvəl qalib gəlib.
Günün digər oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək. Saat 19:45-də başlayacaq görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Komandalar bunadək Azərbaycan Kubokunda üz-üzə gəlməyiblər.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
1 fevral (çərşənbə axşamı)
17:30. "Qarabağ” – "Keşlə”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu.
19:45. "Neftçi” – "Sabah”
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bakcell Arena”.
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına fevralın 2-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürür
01
fevral
15:02
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev