AFFA İntizam Komitəsi (İK) “Qarabağ” və “Zirə” komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi azarkeşlərə görə 4 min manat məbləğində cərimələnib. Buna fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub. Tərəfdarlar matçda pirotexniki vasitələrdən istifadə edərək klubu 800 manat ziyana salıblar.
İK nominal meydan sahibi olan “köhlən atlar”a təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün əlavə 3 200 manat cərimə təyin edib.
“Zirə” klubu isə 1600 manat ödəyəcək. “Qartallar”ın məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydana daxil olduğu üçün cəzasına bir oyun əlavə edilib. Klub buna görə 800 manat ziyana düşüb. Paytaxt təmsilçisi daha 800 manatı 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən ödəyəcək.
Həmçinin “Zirə”nin futbolçusu Hamidu Keyta Azərbaycan Premyer Liqasının XXVIII turunun “Şamaxı” ilə ev oyununda təcavüzkar davranışa yol verdiyi üçün birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi onu iki oyunu şərti olmaqla dörd matçlıq cəzalandırıb, klubu isə 3200 manat cərimə olunub. Sınaq müddəti üç ay təyin edilib.
AFFA “Qarabağ”ı cərimələdi
03
iyun
21:23
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev