“Report”un məlumatına görə, mundialların final mərhələlərində ən çox qol vurmuş futbolçular açıqlanıb.
Siyahıya Almaniya yığmasının sabiq üzvü Miroslav Kloze başçılıq edir. 44 yaşlı keçmiş hücumçu 16 qolla yadda qalıb.
İkinci yerdə braziliyalı Ronaldo (15 qol), üçüncü sırada isə Klozenin həmyerlisi Gerd Müller qərarlaşıb.
Cədvəldə karyerasını davam etdirən oyunçulardan yalnız almaniyalı Tomas Müller var.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
