Merakeş - Xorvatiya oyunu qolsuz bərabərliklə başa çatıb.
15:05
Mərakeş - Xorvatiya oyununda ikinci hissəyə start verildi.
14:51
Mərakeş - Xorvatiya oyununda ilk hissə başa çatıb. İlk hissədə qapılara qol vurulmayıb. 
14:01
Qətərdə keçirilən dünya çempionatının F qrupunda ilk turun Mərakeş - Xorvatiya qarşılaşması start götürüb. 
13:14
Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar.
Xorvatiya: 1. Dominik Livakoviç (q), 22. Yosip Yuranoviç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 19. Borna Sosa, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 13. Nikola Vlaşiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 6. Romen Saiss, 5. Nayef Aquerd, 3. Nussair Mazraui, 15. Selim Amallah, 4. Sofyan Amrabat, 8. Umai Azzedin, 7. Hakim Ziyeş, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

скачать dle 12.1