Kamerun-Serbiya qarşılaşması başa çatıb. İlk hissədən sonra hesabda öndə olan, ikinci hissənin əvvəlində fərqi iki topa çatdıran Serbiya bu üstünlüyünü sona qədər qoruya bilməyib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
15:32
Kamerun Serbiya ilə qarşılaşmada 64-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. V.Abubakar fərqlənib. 66-cı dəqiqədə isə hesabda tarazlıq yaranıb. Kamerun millisinin heyətində Çupo-Motinq hesabı 3:3-ə çatdırıb.
15:19
Serbiya millisi Kamerunla görüşdə fərqi artırıb. Qarşılaşmanın 53-cü dəqiqəsində A.Mitroviç hesabı 1:3-ə çatdırıb.
15:09
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun - Serbiya oyununda ikinci hissə başlayıb.
14:55
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun - Serbiya oyununda ilk hissə başa çatıb.
1:2 hesabı ilə Serbiya kollektivi ilk hissəni üstün başa vurub.
14:50
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun - Serbiya oyununun ilk hissəsinin son dəqiqələrində iki qol vurulub.
Əvvəlcə qarşılaşmanın birinci hissəsinin əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə Strahinya Pavloviç Serbiya yığmasının bərabərlik qolunu vurub.
İki dəqiqə sonra isə Sergey Milinkoviç-Saviç Serbiyanın ikinci qolunun müəllifi olub.
14:31
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun - Serbiya oyununda hesab açılıb.
Qarşılaşmanın 29-cu dəqiqəsində Şarles Kastellito afrikalıları hesabda önə keçirib.
14:00
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun - Serbiya oyunu başlayıb.
13:12
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunda üz-üzə gələcək Kamerun və Serbiya yığmalarının start heyətləri açıqlanıb.
Komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Kamerun: 16. Devis Epassi, 19. Kollins Fai, 21. Şarles Kastellito, 3. Nikolas Nkulu, 25. Nuhu Tolo, 15. Pyer Malonq Kunde, 8. Zambo Angiza, 18. Martin Honqla, 20. Brayan Mbeumo, 13. Erik Çupo-Motinq, 12. Toko Ekambi
Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 5. Miloş Velikoviç, 4. Nikola Milenkoviç, 17. Filip Kostiç, 6. Nemanya Maksimoviç, 16. Saşa Lukiç, 14. Andriya Jivkoviç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç
Qeyd edək ki, oyun saat 14:00-da start götürəcək.
DÇ-2022: Kamerun - Serbiya oyununda altı qol vuruldu - YENİLƏNİB
28
noyabr
16:17
Qarabağ
KOMMENTLƏR
DÇ-2022: Kamerun Serbiya ilə qarşılaşmada hesabı açdı - YENİLƏNİB
DÇ-2022: Kamerun - Serbiya qarşılaşmasında ikinci hissə başladı
DÇ-2022: Kamerun - Serbiya qarşılaşması başladı - YENİLƏNİB
DÇ-2022: Serbiya Kamerunla qarşılaşmada 2 dəqiqəyə iki vurdu
DÇ-2022: Kamerun və Serbiya yığmalarının start heyətləri açıqlanıb
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev