Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Argentina yığmasını və onun kapitanı Lionel Messini Dünya Kubokunu qazanması münasibətilə hələ də təbrik etməyib.
Xarici media bildirir ki, Qətərdə keçirilən dünya çempionatının finalından bir gün sonra mediada və ya sosial şəbəkələrdə bir çox məşhur futbolçular və digər idmançılar, eləcə də tanınmış mədəniyyət, incəsənət xadimləri, siyasətçilər və digər sahələrin nümayəndələri Argentina millisini və Messini qələbə münasibətilə təbrik ediblər.
Ronaldo sosial şəbəkələrdə argentinalıların uğurları ilə bağlı susur və mediada da portuqaliyalıdan heç bir şərh gəlməyib.
Argentina tarixində üçüncü dəfə dünya kubokunu qazanıb. Finalda argentinalılar fransızlara qalib gəliblər (əsas vaxt 3:3, penaltilərdə 4:2). 35 yaşlı Messi üçün bu, beşinci dünya çempionatı və qalibin ilk tituludur.
Bundan əvvəl Argentina yığması 1978 və 1986-cı illərdə dünya çempionatının qalibi olub. Fransızlar 2018-ci ildə Rusiyada kuboku götürərək, dünya çempionu olublar.
Messini təbrik etmədi
20
dekabr
14:37
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev