Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.
Günə çəkisi 89 və 96 kq-a qədər olan atletlərin mübarizəsi ilə start verilib. 89 kq-da toplam 300 kq (140+160) nəticə göstərən “Spartak-Ettore” Klubunun təmsilçisi Sənan Mirzəyev qızıl, toplam 270 kq (120+150) nəticə göstərən “Herkules” Klubunun təmsilçisi Kənan Xəlilov gümüş, toplam 236 kq (106+130) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Kamran Ağalarov bürünc medal qazanıblar.
96 kq çəki dərəcəsində isə toplam 265 kq (115+150) nəticə göstərən “Cəngi” Klubunun təmsilçisi Elşən Şərifov qızıl, toplam 242 kq (109+133) nəticə göstərən “Naxçıvan” Klubunun təmsilçisi Həsən Babayev gümüş, toplam 218 kq (97+121) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Elmar Rəhimov bürünc medala sahib çıxıblar.