Münhenqladbah “Borussiya”sının qapıçısı Yann Sommer “Bavariya”ya keçməyə yaxındır. 
Bu barədə xarici mətbuat xəbər verir.
Mənbələrin məlumatına görə, tərəflər 2025-ci ilə qədər müqavilə imzalayacaqlar.
Münhen klubu almaniyalının ayağını sındırdıqdan sonra təcili olaraq əsas qapıçı Manuel Noyerə əvəzləyici axtarmağa məcburdur.
Yeri gəlmişkən, Sommer 2014-cü ilin iyulunda 9 milyon avro təzminat qarşılığında İsveçrənin “Bazel” klubundan “Borussiya”ya keçib. O vaxtdan bəri o, komandanın heyətində 335 oyuna çıxıb, 90-da qapısından top buraxmayıb.

скачать dle 12.1