Bu barədə “Atletiko” klubunun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu Madrid klubu ilə 2,5 illik müqavilə imzalayıb.
Daha əvvəl Depayın transfer qiymətinin 4 milyon avroya çata biləcəyi bildirilirdi.
Qeyd edək ki, Memfis Depay cari mövsümdə “Barselona”nın heyətində iki matç keçirib və bir qol vurub.

