Fransa Liqa 1-in XXI turunda PSJ “Monpelye”yə qonaq olub.
Oyunda bir sıra maraqlı hadisələr olub.
Belə ki, əvvəlcə Kilian Mbappe penalti zərbəsini vura bilməyib. Hakim qaydaların pozulması səbəbindən zərbəni təkrarlatsa da, Mbappe bu şansı da əldən verib.
Ardınca, Lionel Messinin vurduğu qol ofsayt səbəbindən qeydə alınmayıb.
Amma bununla belə, azarkeşlər matçda 4 qola şahidlik ediblər. Qonaqlar 3:1 hesablı qələbəyə seviniblər.
Bu nəticə ilə xallarının sayını 51-ə çatdıran PSJ liderliyini davam etdirib. “Monpelye” isə 20 xalla 14-cüdür.
скачать dle 12.1