Futbol klubları qış transfer pəncərəsi zamanı ümumilikdə 1,57 milyard dollar xərcləyərək rekorda imza atıblar.
Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) cümə axşamı təşkilatın rəsmi saytında dərc olunan yanvar ayı üzrə maliyyə hesabatında deyilir.
Bildirilir ki, qış transfer pəncərəsində ən çox maliyyə xərclərinə görə əvvəlki rekord 2018-ci ilin yanvarında 1,3 milyard dollardan çox olub.
Hesabata əsasən, 2023-cü ilin yanvarında klub dəyişdirən futbolçuların sayı 4387 nəfərdir. Kişi futbolunda transferlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə (3 834 oyunçu) 14,4%, transfer haqlarının ümumi dəyəri isə 49,4% artıb.
İngiltərə klubları 2023-cü ilin yanvarında oyunçulara ən çox pul xərcləyən komandalar olublar - 898,6 milyon dollar. Bu məbləğ həm də rekord göstərici olmaqla, keçənilki nailiyyətdən 150% çoxdur. İkinci yerdə Fransa (131,9 milyon dollar), üçüncü yerdə Almaniya (85,8 milyon dollar) klubları qərarlaşıb.
Qadın futbolunda 341 futbolçu klubunu dəyişib, ümumi transfer xərcləri 774,3 min dollar təşkil edib.
Futbol klublarının transfer xərcləri rekord həddə çatdı
10
fevral
11:22
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev