“Real Madrid” 53 ildir İspaniya Kral Kuboku turnirində öz meydanında “Barselona”ya qalib gələ bilmir.
“Report” xəbər verir ki, bu uğursuz seriya yarımfinal mərhələsində “Santyaqo Bernabeu” stadionunda baş tutan oyunda davam edib.
Səfərdə 1:0 hesablı qələbə qazanan “Barselona” 1970-ci ildən bəri bu arenada keçirdiyi 10-cu qarşılaşmada da əzəli rəqibinə uduzmayıb.
“Real Madrid”lə bağlı digər uğursuz statistika komandanın “Barselona” ilə görüşdə çərçivəyə zərbə vura bilməməsi olub. “Kral klubu” 2022-ci il fevralın 15-dən bəri ilk dəfə belə halla üzləşib. Sonuncu dəfə bir il əvvəl Çempionlar Liqasında Fransa təmsilçisi PSJ ilə oyunda bu hadisə yaşanıb.
Son görüşdə “Barselona”nın topa sahib olma faizi 35,3 təşkil edib. Bu, kataloniyalıların 2013/2014 mövsümündən bəri bütün turnirlərdə ən uğursuz göstəricisidir.
“Barselona”nın futbolçusu Serxio Buskets “El-Klasiko”larda 22-ci qələbəsini qazanıb. Bununla kapitan aktivində 21 qalibiyyət olan “Real Madrid”in əfsanəvi oyunçusu Pako Xentonu qabaqlayaraq yeni rekorda imza atıb. “Barselona”nın sabiq üzvləri Lionel Messi və Jerar Pike hərəyə 19 qələbə ilə üçüncü yeri bölüşdürürlər.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 5-də “Nou Kamp”da keçiriləcək.
“Real Madrid” Kral Kubokunda 53 ildir evdə “Barselona”ya qalib gələ bilmir
03
mart
11:47
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev