“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubuna qarşı yoldaşlıq oyunu keçirəcək.
Oxu.Az xəbər verir ki, matç milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədə təşkil olunacağından komandaların əsas heyətlə oynayıb-oynamayacağı maraq doğurur. Azərbaycan yığmasının əsasını “Qarabağ”ın üzvləri təşkil etdiyindən Ağdam klubunda bir çox vacib oyunçunun olmayacağı demək olar ki, dəqiqdir. Legionerlərdən isə Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisinin daimi üzvləridir və böyük ehtimalla yenə dəvət alacaqlar. Ancaq digər əcnəbilər sırada olacaqlar. Adama Diakabi də həmin oyuna qədər zədəsini sağaldacaq.
Bəs “Qalatasaray” Bakıya ulduzlarını gətirəcəkmi?
İstandul klubunun da bir çox futbolçusu milli komandalarına dəvət alacaq. Ancaq Fernando Muslera, Saça Boy, Serjio Oliveyra, Dris Mertens, Nikolo Zaniolo, Mauro İkardi kimi ulduzlar ölkələrinin yığmasına çağırılmırlar və onların paytaxtımıza gəlməsi üçün hər hansı əngəl yoxdur. Başqa bir problem çıxmasa, azarkeşlər adıçəkilən futbolçuların oyununu canlı izləyə biləcəklər.
“Qarabağ” - “Qalatasaray” qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Rəsmi açıqlama verilməsə də, matçın 26 mart saat 20:00-da start götürəcəyi məlumdur. Görüşdən əldə ediləcək məbləğ Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım fonduna köçürüləcək.
“Qalatasaray” ulduzlarını Bakıya gətirəcək?
14
mart
13:19
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı