Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda keçiriləcək.
Bu barədə Dünya Çimərlik Futbolu Təşkilatı (Beach Soccer Worldwide) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 2-9 iyul tarixlərində baş tutacaq yarışın formatı da artıq məlumdur. Əvvəlcə reytinqdə ilk 12-liyə düşməyən komandalar qrup mərhələsində mübarizə aparacaqlar. İyulun 5-7-si aralığında reytinqin ən yaxşı 12 komandası yarışacaq. Hər qrupdan 4 komanda növbəti mərhələyə adlayacaq.
İyulun 8-də yarımfinal və pley-off oyunları təşkil ediləcək. Ertəsi gün isə final matçı və 3-16-cı yerlər uğrunda pley-off qarşılaşmaları olacaq.
Seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Dünya Çimərlik Futbolu Təşkilatının prezidenti Joan Kusko ev sahibliyini qəbul etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib:
“Qısa müddətdə məkan tapmaq asan olmadı. Tədbirin keçirilmə tarixlərinin Avropa Oyunlarına yaxın olduğunu bilirik. Heç də ideal vəziyyət deyil. Lakin biz mümkün olan ən yaxşı yarışı keçirəcəyimizə inanırıq. Bakıdakı gözəl çimərlik arenasında mümkün qədər çox Avropa komandasının iştirak etməsini səbirsizliklə gözləyirik”.
Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda keçiriləcək
06
aprel
11:43
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev