Xarici media xatırladır ki, “Spartak” – “Krasnodar” (4:3) oyununun ikinci hissəsinin əvvəlində “qırmızı-ağ”ların müdafiəçisi Georgi Cikia çiyni rəqibinin başına dəyib. Bundan sonra Kadi qazona yıxılaraq huşunu itirib. "Spartak"ın futbolçusu Borxesin dilini çıxarıb, bundan sonra həkim briqadası meydana daxil olub.

Krasnodarlı futbolçu huşunu itirərək xərəkdə aparılıb, xəstəxanaya yerləşdirilib və sınıq diaqnozu qoyulub.
“Mən bərpa vaxtını bilmirəm. Amma o, yaxşıdır”, - futbolçunun agenti deyib.
Kadi 2023-cü ilin yanvarında “Qarabağ” klubundan "Krasnodar"a keçib.