Paris Sen-Jermen klubu “Barselona”nın hücumçusu Usman Dembele ilə maraqlanır və onu Kilian Mbappenin əvəzedicisi kimi nəzərdən keçirir.
Xarici media bildirir ki, İspaniya komandasının futbolçusu PSJ-nin yeni baş məşqçisi Luis Enrikeni bəyənir. Qeyd olunur ki, hücumçunun “Barselona” ilə müqaviləsində 2023-cü ilin iyul ayının sonuna kimi 50 milyon avroluq sərbəst buraxılma maddəsi var.
Fransız hücumçu 2017-ci ildə “Borussiya Dortmund”dan “Barselona”ya keçib. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib. Nəticədə İspaniya klubuna yüksək profilli keçid baş tutmadı.
Bu il Mbappenin “Real Madrid”ə keçidi ilə bağlı söhbətlər təzələnib. O, parislilərlə yeni müqavilə imzalamaqdan imtina edib, qışda isə yeni klubu ilə danışıqlar apara bilər. PSJ futbolçunun davranışından narazı olduğunu bildirib və yeni müqavilə imzalanmadığı təqdirdə onu iyulun 31-dən satışa çıxarmağa hazırlaşır.
PSJ-də Mbappeni o əvəzləyəcək
07
iyul
12:03
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev