Mətbuatda 2024-cü ilin ortalarında italiyalı mütəxəssisin Braziliya millisinə rəhbərlik edəcəyi, növbəti mövsümü isə “Real”in məşqçisi kimi keçirəcəyi barədə xəbərlər yayılıb.

“Ançelottinin artıq Braziliya millisi ilə müqaviləsi olduğuna dair məlumatlara inanmıram, çünki onun “Real” Madrid ilə qüvvədə olan müqaviləsi var. Karlo məndən milli komanda haqqında soruşdu, amma heç vaxt komandada işləmək istədiyini demədi. Braziliya millisi ilə müqavilə imzalamaq barədə məlumat çıxanda çox təəccübləndim, bu çox qəribədir. İki müqavilə imzalamaq qeyri-peşəkarlıq olardı", - Roberto Karlos vurğulayıb.