“Bakıda bizi çox çətin oyun gözləyir”.
Bunu “Bayer”in baş məşqçisi Xabi Alonso deyib.
İspaniyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb. 41 yaşlı çalışdırıcı səfər görüşündə qələbəyə ümid edir: “Evə uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik”.
O, sabahkı matçda çexiyalı Matey Kovarjın qapıda dayanacağını bildirib. Baş məşqçi müdafiəçi Edmond Tapsobanın qarşıdakı görüşü buraxacağını da açıqlayıb.
Alonso heyətdə dəyişikliklər ediləcəyini də söyləyib: “Tapsoba əməliyyat olunduğu üçün qarşıdakı görüşlərdə bizə kömək edə bilməyəcək. Demək olar ki, hər oyunda dəyişikliklər edirik. Eyni zamanda, fərqli sistemlərdə çıxış etməyi bacarırıq”.
Çalışdırıcı “Qarabağ”ın Premyer Liqanın XII turunda “Kəpəz”i 7:1 hesabı ilə məğlub etdiyi görüşü izlədiyini sözlərinə əlavə edib: “Qarabağ”ın ölkə çempionatında son oyununa baxmışam. Onların çox yaxşı komanda olduğunu bilirəm. Ancaq bu, Azərbaycan çempionatının matçı idi. Avropa Liqasında fərqli olur. Əminəm ki, “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq”.
O, Bakıya uzun səfərin komandasına təsir etməyəcəyini düşünür: “Bu, bizim üçün yeni hal deyil. Daha uzun yol qət etdiyimiz anlar olub. “Qarabağ” da bura gələndə uzun yol qət etmişdi. Məqsədimiz 3 xal qazanmaqdır. Buna görə də, yol amilinin çətinlik törətməyəcəyini hesab edirəm”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
“Yol amili çətinlik törətməyəcək” - Xabi Alonso
08
noyabr
13:27
Qarabağ
KOMMENTLƏR
“Tottenhem”in baş məşqçi postuna o da namizəd oldu
“Qarabağ”ın rəqibi “Top-5” liqalarda 50 qol həddini keçən ilk komandadır
“Gent”in baş məşqçisi: “Bərabər səviyyədə oyun göstərdik”
"Sabah bizi ağır oyun gözləyir" - "Qarabağ"ın kapitanı
“Qarabağ”la oyunda “Frayburq”u dəstəkləyəcək azarkeşlərin sayı bilinib
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev