Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında II turun oyunları keçirilib.
İlk turda Danimarkaya uduzan kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə Slovakiya ilə üz-üzə gəlib. Yığma 2,5-1,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Rauf Məmmədov Viktor Qaziki məğlub edib, Teymur Rəcəbov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıblar.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə itkisiz irəliləyir. Startda Sloveniyanı məğlub edən yığma hesabat turunda Niderland şahmatçılarını üstələyib 2,5-1,5. Şahmatçılardan Günay Məmmədzadə heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Gülnar Məmmədova qələbə qazanıb. Gövhər Beydullayeva isə məğlub olub.
Bu gün Avropa çempionatında III turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsveç, qadın şahmatçılar isə Polşa ilə qarşılaşacaq.
Avropa çempionatı: Şahmat üzrə Azərbaycan yığmaları qələbə qazanıblar
13
noyabr
11:09
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı