Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ilk raundun tay-brek görüşləri keçirilib.
Eltac Səfərli, Abdulla Qədimbəyli, Vüqar Əsədli, Misrətdin İskəndərov tay-brekdə qələbə qazanmaqla ikinci raunda vəsiqə qazanıb.
Günün ən uzun partiyası Aydın Süleymanlı ilə çinli Yunqlyun Syu arasında olub. Ardıcıl 9 heç-heçədən sonra Süleymanlı 10-cu görüşdə qələbə qazanaraq növbəti mərhələdə iştirakını təmin edib.
Sabah turnirdə ikinci raunda start veriləcək. Kişilərin yarışında 1\64 finalda Teymur Rəcəbov Viktor Erdoş (Macarıstan), Şəhriyar Məmmədyarov Tin Jinqao (Sinqapur), Nicat Abasov Loran Fressine (Fransa), Rauf Məmmədov Aleksandr Predke (Serbiya), Qədir Hüseynov Yonas Byere (Danimarka), Vasif Durarbəyli isə Jül Mussarla (Fransa) mübarizə aparacaq.
Qadınların yarışında isə 1\32 finalın ilk partiyaları oynanılacaq. Azərbaycan şahmatçılarından Günay Məmmədzadə Alina Bivol (Ukrayna), Ülviyyə Fətəliyeva Moniko Soçko (Polşa), Gövhər Beydullayeva Polina Şuvalova (FIDE), Gülnar Məmmədova isə Nino Baçiaşviliyə qarşı yarışacaq.
Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.
Gənc şahmatçımızdan dünya kubokunda möhtəşəm qələbə
02
avqust
18:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat