Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçlə oyununu idarə edəcək qadın hakim Ester Ştaubli ilk dəfə kişilərdən ibarət əsas yığmaların matçında ədaləti qoruyacaq.
44 yaşlı referi 2006-cı ildən FIFA dərəcəsi alsa da, onun ilk beynəlxalq təyinatı 2008-ci ildə gerçəkləşib.
Təcrübəli hakim 2016-cı ildə Rio-de-Janeyro, 2021-ci ildə Tokio Yay Olimpiya Oyunlarında, 2013, 2017 və 2022-ci illərdə Avropa çempionatında, 2015, 2019 və 2023-cü illərdə isə dünya çempionatlarında iş başında olub.
Ştaubli daha əvvəl yalnız bir dəfə 17 yaşadək oğlanlardan ibarət yığmaların görüşünü idarə edib. İsveçrəli hakim 2017-ci ildə Hindistanda təşkil olunan dünya çempionatında Yaponiya - Yeni Kaledoniya (1:1) qarşılaşmasında ədaləti qoruyub.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.
Azərbaycan millisinin oyununa təyinat alan qadın hakim olimpiadalarda və dünya çempionatlarında iştirak edib
13
noyabr
14:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat