“Yalnız futboldan başı çıxmayan adam əlimizdən gələni etmədiyimizi deyə bilər”
Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveç yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis komandadan gözləntilərini bildirib: “İsveç FİFA reytinqində 23-cü yerdədir, biz isə aşağı pillələrdəyik. Buna baxmayaraq, heç kim deyə bilməz ki, meydançada əlimizdən gələni etmirik. Ürəyimizi ortaya qoyuruq. Müdafiədə və ya hücumda səhflər edirik, bu, bizə baha başa gəlir. 5-li qrupda Azərbaycan yığması tarixində ilk dəfədir ki, 4-cü pillədədir. Sabahkı matçda da uğurlu nəticə qazanmağa çalışcağıq”.
O, sabahkı görüşdə qapıda Şahruddin Məhəmmədəliyevin dayanacağını bildirib: “Rəşad Əzizlini də bəyənirəm, gəncdir, gələcəkdə bizə kömək edə bilər”.
Baş məşqçi Azərbaycan millisində olduğu 3 il ərzində çox dəyişikliklər olduğunu söyləyib: “Biz maksimum gücümüzü yox, ondan da artığını edirik. Təbii ki, hər oyunda 2:0, 3:0 hesablı qələbə istəyirəm. Amma rəqibləri də nəzərə almaq lazımdır. Belçika və Avstriyaya qarşı çox yaxşı oynamışıq”.
İtaliyalı çalışdırıcı 27 futbolçuya dəvət göndərməsinin səbəbini də açıqlayıb: “Heyətdə yalnız Emil Səfərovun ayağında problem var. Bu barədə “Qəbələ”nin baş məşqçisi ilə danışmışam. Əla futbolçudur, gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabah oynamayacaq. Belçika ilə matça hazır ola bilər. Qısa müddətdə iki ağır oyunumuz olacaq. Hamıya şans verməyə çalışacağam. Hər iki qarşılaşmada gücümüzün 110 faiz meydanda qoymalıyıq. 27 nəfər çağırmağımın səbəbi də odur ki, 4 nəfər sarı vərəqə limitindədir. Onlardan kimsə sarı vərəqə alsa, növbəti görüşü buraxacaq”.
Baş məşqçi qələbə təqdirində, qrupda 3-cü sırada yer alan İsveçə çatacaqlarını xatırladıb: “Sabah qələbə qazansaq, İsveçə çatmış olacağıq. Bunu reallaşdırmağa çalışcağıq. Ardından qrupdakı son görüş barədə düşünəcəyik”.
De Byazi yığmanın yaxşı hücumçulara malik olduğunu vurğulayıb. O, İsveç çempionatında uzun müddətdir qol vura bilməyən Musa Qurbanlı ilə bağlı sualı da cavablandırıb: “Təkcə hücumçulardan yox, hamıdan qol gözləyirəm. Qol mental məsələdir. Hücumçu yaxın olduğu üçün qol vurmaq şansı çox olur. Yaxşı hücumçularımız çoxdur. Musaya çox ümid bəsləyirik, gənc oyunçudur. Azərbaycandan kənarda yeni təcrübəyə başlayıb. Cərimə meydanı daxilində qol hissiyatı var. Ümid edirəm ki, sabahdan başlayaraq bu tendensiya artar”.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.
Canni De Byazi: “Yalnız futboldan başı çıxmayan adam əlimizdən gələni etmədiyimizi deyə bilər”
15
noyabr
18:40
Qarabağ
KOMMENTLƏR
"İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
Emin Mahmudov: “İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”
Canni De Byazi: “Azərbaycanda özümü çox yaxşı hiss edirəm”
Canni De Byazi üç futbolçunu millinin heyətindən kənarlaşdırdı
Canni De Byazi üç futbolçunu millinin heyətindən kənarlaşdırdı
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev