Bazarın ən zəif riteyl bankı olan “Bank VTB Azərbaycan” cari ilin 1-ci rübündə özünə 250 milyon manat pul tapmalı idi. Amma bankın kapitalında belə bir artım müşahidə olunmadı. 1-ci rübü geridə qoyduğumuza görə bankın sonrakı 3 ay ərzində bölüşdürülməmiş zərərini müsbətə dəyişəcəyi ehtimal olunur.
Valyuta.Az xəbər verir ki, bankın adıçəkilən zərərdən başqa yığılmış zərəri də var. Belə ki, bankın yığılmış zərəri 2019-cu ilin sonunda 1 milyon 596 min manat olub. Bankın bölüşdürülməmiş zərəri isə 2020-ci ilin sonunda 252 milyon 950 min manat təşkil edib. Bankın zərərlərinin artması nəticəsində “Bank VTB Azərbaycan” bazarının ən zəif riteyl bankı olub. Belə ki, 8 milyon 726 min manatlıq əməliyyat zərərinə görə, 123 milyon 417 min manatlıq cəmi öhdəliyinə görə, 75 milyon 305 min manatlıq əmanət həcminə və digər göstəricilərə görə “Bank VTB Azərbaycan” ən son sırada qərarlaşıb.
Bank 2020-ci ilin sonunda 3 milyon 860 min manatlıq mənfəət əldə etsə də bank əldə etdiyi mənfəətdən vergi ödəməmişdi. Bu da bankın cari ilin ilk 5 ayında mənfəətinin vergi ödənildikdən sonra daha da azalmasına səbəb olacaq.
Qeyd edək ki, 2018-ci il yanvar ayının 27-də Davosda keçirilən görüşdə bankın prezidenti və İdarə heyətinin sədri Andrey Kostin İlham Əliyevdən bankın bağlanmaması üçün vaxt istəmiş və həmin ilin ilk 3 ayında banka 265 milyon manatlıq vəsait yerləşdirəcəyinə söz vermişdi. “Bank VTB Azərbaycan” 2018-ci ili təkrar yaşadığına görə bankın prezidentinə və onun kapitalına ehtiyyacı yaranıb.
Proqnozlara görə Azərbaycanda fəaliyəət göstərən VTB Bank Rusiyadan daxil olacaq maddi dəstəklə yenidən zərərini sıfırlaya biləcək.
Bazarın ən zəif riteyl bankı məlum oldu - KRİTİK DURUM
06
aprel
11:05
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı