"Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi sosial və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək. Eyni zamanda həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq".
BAKISESI.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bildirib.
"Bizim əsas məqsədimiz ilk növbədə vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Və əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi ilk növbədə vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcə məsələlərdir. O cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. Və insanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd bir də demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Buna biz ilk növbədə nail olmalıyıq. Və bir də demək istəyirəm ki, burada əsas faktor vətəndaşların məsuliyyətidir", - dövlət başçısl deyib:
"Sosial paket vətəndaşları bu böhrandan qoruyacaq" - Prezident
31
mart
16:02

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat