Qlobal hərbi xərclər 2019-cu ildə 3,6% artaraq 1,9 trilyona çatıb.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hesabat hazırlayıb.
Sənədə əsasən, 2019-cu ilin hesablanan rəqəmi 2010-cu ildən bəri hərbi xərclərdəki ən böyük illik yüksəlişə işarə edir. Bu xərclərin 62%-i ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanının payına düşür.
ABŞ-ın xərcləri 2019-cu ildən əvvəlki ilə nisbətən 5,3% artaraq 732 milyard dollar olub. Ümumi şəkildə, ABŞ-ın 2010-2019-cu illər arasında hərbi xərcləri 15% azalıb. SIPRI-nin araşdırmaçısı Piter Vezeman 2018-2019-cu illərdə ABŞ-ın xərclərindəki artımın ölkələrarası rəqabətin göstəricisi olduğunu deyib.
ABŞ-dan sonra ən çox pul xərcləyən ölkə olan Çinin 2010-2019-cu illərdə hərbi xərci 85% artaraq 261 milyard dollara çatıb. Hindistanda isə bu rəqəm 37% artaraq 71,1 milyard olub.
Almaniya ilk 15 ölkə arasında hərbi xərclərini ən çox artıran ölkə olub - 49,3 milyard dollar. Araşdırmaçı Dieqo Lopes da Silva Almaniyanın hərbi xərcləri artırmasını Rusiyadan gələ biləcək təhdidlərə qarşı ola biləcəyini və bu ehtimalın bir çox NATO ölkələri ilə paylaşıldığını deyib.
Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu qurulduğu 1966-cı ildən bəri insident, silahlanma, silaha nəzarət və silahsızlaşdırma sahələrində araşdırma, hesabat, analizlər hazırlayır.
5 ölkə milyardlarla dolları sadəcə bunun üçün xərcləyib - HESABAT
29
aprel
11:23
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev