Karantindən imtina edən İsveçdə iqtisadiyyatın bərpa əlamətləri fonunda ümumi daxili məhsulla (ÜDM) bağlı proqnozlar yaxşılaşıb.
Bu barədə “Bloomberg” ölkənin Maliyyə naziri Maqdalena Anderssona istinadən xəbər yayıb.
Artıq hökumət bu il ÜDM-in əvvəlcədən proqnozlaşdırıldığı kimi, yeddi deyil, altı faiz azalacağını gözləyir. Hökumətin bu qiymətləndirməsi karantinin İsveçi şiddətli resessiyadan xilas edəcəyini gözləyən bir çox iqtisadçıların fikirləri ilə üst-üstə düşür.
Bununla belə, Andersson vurğulayıb ki, “kollektiv immunitet strategiyası”nın İsveçin iqtisadiyyatına dəyən zərbəni nə dərəcədə yumşaltdığını söyləmək hələlik tezdir. Onun sözlərinə görə, əmək bazarındakı vəziyyət ciddi olaraq qalır.
Qeyd edək ki, sözügedən ölkənin pandemiyaya görə sərt məhdudlaşdırıcı tədbirlərdən imtina etməsi beynəlxalq müzakirə mövzusuna çevrilib. Hazırda İsveç dünya ölkələri arasında koronavirusdan ölüm nisbətinə görə siyahıda ilk yerlərdən birini tutur.
Birmənalı qarşılanmayan strategiya İsveçdə iqtisadiyyata zərbəni yumşaltmağa imkan yaradıb, lakin böhranın qarşısını ala bilməyib. İqtisadçıların fikrincə, vəziyyətin pisləşməsi ixracatın azalması ilə əlaqədardır.
Karantindən imtina edən İsveç hökuməti iqtisadiyyatda irəliləyiş müşahidə edir
19
iyun
21:51
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev