Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan bank sisteminə təsirini açıqlayıb.
AMB-dən verilən məlumata görə, bu ilin birinci yarısında yerli bankların sanksiyaya məruz qalan Rusiya banklarında vəsaitlərinin az olması sanksiyaların Azərbaycan bank sisteminin maliyyə dayanıqlığına təsirini məhdudlaşdırıb.“Rusiya-Ukrayna münaqişəsi nəticəsində banklar müxbir hesablarla əməliyyatların aparılmasında müəyyən maneələrlə üzləşsə də, bu münaqişənin Azərbaycan banklarının müxbir hesablarla əməliyyatlarına təsiri məhdud olub”, - AMB-dən bildirilib.
Qeyd edilib ki, mövcud geosiyasi gərginlik nəticəsində qlobal enerji daşıyıcıları bazarında qiymətlərin artımı neft-qaz ixracatçısı olaraq ölkənin tədiyə balansına müsbət təsir göstərir. Enerji qiymətlərindəki artım və Avropaya qaz ixracında potensial artım imkanları ortamüddətli perspektivdə ixracı və fiskal gəlirləri artıra bilər.
Geosiyasi proseslərin təsiri ilə yüksələn ərzaq qiymətləri və tədarük zəncirində yaranmış çətinliklər qlobal inflyasiyanın səviyyəsini artırmaqda davam edir. Qlobal ərzaq qiymətlərinin artması idxal kanalı ilə yüksək inflyasiyanın daxili qiymətlərə ötürücülüyünü artırır.
AMB-dən o da vurğulanıb ki, ölkəmizin Rusiya və Ukrayna ilə sıx ticarət əlaqələri mövcud olsa da, hazırda geosiyasi proseslərin bu iki ölkə ilə Azərbaycanın ticarət və iqtisadi əlaqələrə əhəmiyyətli təsiri müşahidə edilmir.
Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan banklarına təsiri - AMB AÇIQLADI
17
oktyabr
18:16
Qarabağ
KOMMENTLƏR
Rusiya banklarına vətəndaşlara nağd valyuta satmağa icazə verilib
"Bank of Baku" Rusiyaya qarşı embarqoların EPİSENTRİNDƏ - DETALLAR
"Hər ay qiymətlərin artmasını müşahidə edirik" - Deputat
Ukrayna ABŞ-ı Rusiya banklarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Vitse-prezident: "Türkiyə Rusiya-Ukrayna gərginliyinə ən çox təsir imkanı olan dövlətdir"
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev