Bu ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına kredit qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz artıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
"Bu ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına kredit qoyuluşları 4,7 milyard manat təşkil edib", - nazir bildirib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala investisiyaların həcmi 18 milyard 272 milyon manatdan çox olub. Real ifadədə artım 2021-ci illə müqayisədə 5,5 faiz təşkil edib.
  • Regionlara kredit qoyuluşları təxminən 23 faiz artıb - Nazir

скачать dle 12.1