İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən KOBİA Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müxtəlif dəstək mexanizmləri ilə daim KOB-ların xidmətindədir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında paylaşım edib. Nazir biznesin qurulması və inkişafı, innovativ ideyaların reallaşdırılmasına dəstək istiqamətində Agentliyin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.