"Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı, Qarabağın, Şərqi Zəngəzurun bərpası və eləcə də iqtisadi, sosial sahələrdə islahatların davam etdirilməsinə xüsusi yer ayrıldı".
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ilin ilk yarısında qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun 3 faizdən çox artması müsbət haldır:
"Bu, enerjidən kənar sektorların iqtisadi artımda drayverə çevrilməsindən xəbər verir. Bu həmçinin, ÜDM-in strukturunda da qeyri-neft sektorunun payının artması anlamına gəlir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir. 2023-cü ilin büdcəsi manat ifadəsində müstəqillik ilinin ən böyük büdcəsidir. Bu ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manatın daxil olması fiskal gəlir və xərclərimizə dürüstləşmənin edilməsinə imkan yaratdı. Bu büdcəyə əlavə 3 milyard 50 milyon manatın cəlb edilməsinə və bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə ayırmaların artırılmasına imkan yaratdı".
Deputat qeyd edib ki, 2023-cü ilin sonunadək işğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait 12.0 milyard manata çatacaq:
"Onun 5.5 milyard manata yaxını məhz 2023-cü ilin payına düşəcək. Bütövlükdə, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20.0 milyard manatdan çox olacaq. Bütün bunlar Böyük Qayıdış proqramının daha sürətlə icrasına imkan yaradır. Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulması və dövlət başçısı artıq 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etməsi də bir daha təsdiq edir ki, məskunlaşma prosesi gözləniləndən daha tez reallaşacaq. Bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 2 min ailənin və ya 10 minə yaxın vətəndaşımızın qayıtması reallaşacaq. Bu isə o deməkdir ki, artıq işğaldan azad olunmuş ərazilərə əhalinin tədricən, mərhələli şəkildə qayıtması müşahidə olunur".
2026-cı ilədək azad olunan ərazilərə nə qədər vəsait ayrılacaq? - AÇIQLAMA
12
iyul
11:26
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev