Füzuli rayonunun Kərimbəyli kənd sakini Sehraman Əliyev üç il əvvəl İranda baş vermiş zəlzələdən ziyan görüb. Onun kənddəki əmlakı dağılıb. DİA.AZ-ın məlumatına görə, 63 yaşlı Sehraman Əliyev deyir ki, İranla sərhədə yaxın ərazidə yaşadıqlarına görə zəlzələ onlara da təsir göstərdi: “İrandakı zəlzələnin təsirindən bizdə də sürüşmə oldu. Əvvəl torpaq qabarması başladı, sonra dərinləşmə getdi. Mənim əmlakım da dağıldı...”
Kənddə Sehraman Əliyevə məxsus ticarət obyekti olub. Təxminən 650 kvadrat metrlik bu mağazada tikinti materialları satılırmış. Mülkiyyətçinin dediyinə görə, oradan özündən başqa, satıcı, fəhlələr də daxil olmaqla, xeyli adam evinə çörək aparırdı: “Sürüşmədən əmlak yararsız vəziyyətə düşdü, fəaliyyəti dayandı. Üstündən üç il keçib. Nə pulumuzu ödədilər ki, özümüz düzəldək, nə də özləri bərpa elətdirdilər. Tək mən yox, oradan evinə çörək aparanların hamısı ziyana düşdü”.
Sehraman Əliyev əmlakını hadisədən cəmi bir ay əvvəl sığortalatdırıbmış. O, 2017-ci il oktyabrın 8-də “AzSığorta” ASC ilə müqavilə bağlayıb. Müqavilə şərtlərinə əsasən, Kərimbəyli kəndindəki sözügedən mağazaya 44 min 228 manat sığorta təminatı verilib.
Mağaza sahibinin sözlərinə görə, 2017-ci il noyabrın 15-də Kərimbəyli kəndində zəlzələ və yer sürüşməsi baş verdiyini səlahiyyətli dövlət orqanları da təsdiqləyib, bu barədə sənədlər var. Amma sığorta şirkəti ona dəymiş ziyanı qarşılamaq istəməyib:
Sehraman Əliyev sığorta şirkətini məhkəməyə verib. “AzSığorta”ya qarşı 65 min 907 manat təzminat tələbilə iddia qaldırıb. Onun sözlərinə görə, tələb etdiyi bu məbləğin 22 min manatı sığorta ödənişi, 15 min manatı bu üç il ərzində əldən çıxmış fayda, 1000 manatı vəkil xərci, 27 min 907 manatı da məhkəməyə qədər hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0.1 faizi həcmində dəbbə puludur.
Məhkəmədə onun vəkili vəsatət qaldırıb ki, tikinti-texniki ekspertizası təyin edilsin, sürüşmə nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan vəsait hesablansın. Məhkəmə vəsatəti təmin edib və ekspertiza ilə əlaqədar proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Sehraman Əliyevin sözlərinə görə, o, kömək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də üz tutub, sözügedən ərazidə ekzogen geoloji proseslərin təsbit edilməsini, sürüşmənin başvermə səbəbləri və dinamikasının araşdırılıb, rəy verilməsini xahiş edib. Amma uzun müddət müraciətlərinə əhəmiyyət verilməyib: “Dəfələrlə Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Mürsəl Əliyevə müraciət etmişdik. Amma müraciətlərimizə ümumiyyətlə baxılmırdı. Bu qurumun nümayəndələri təbii fəlakət baş verən yerə gəlmirdi. Onların bu hərəkətlərindən də şikayət etdik. Çünki Konstitusiyanın 39-cu maddəsində də yazılıb ki, hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq, ekoloji hüquqpozma ilə əlaqədar sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ var. Mənim də bu hüququm pozulub. Uzun müddət gəlmədilər. Amma 15 gün olar ki, nəhayət, gəlib baxsılar...”
Sehraman Əliyevi narahat edən prosesin yubanmasıdır. Deyir ki, hər keçən gün həm onun, həm də mağazada işləmiş digər şəxslərin ziyanınadır: “Bura müharibə bölgəsidir. Maddi sıxıntılarımız var. Burada yaşayanların nə çəkdiyini, necə dolandığını bir özümüz bilirik, bir də Allah...”
"AzSığorta" vətəndaşın haqqına girir... - NARAZILIQ...
27
noyabr
11:54
Qarabağ
KOMMENTLƏR
Şabranda maşın aşdı - Qaz boruları yararsız hala düşdü (Foto)
Ermənilərin atdığı mərmi Ağcabədidə yaşayış evinə düşdü - FOTOLAR
“DSMF-nin Tərtərdəki binası tamamilə dağılıb” - İcra başçısı
Leysan Xaçmazda 20-dən çox evi dağıdıb, avtomobil körpüləri yararsız vəziyyətə düşüb
"Böyük İstanbul zəlzələsi" yaxınlaşır? - Rus ekspert
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev