“İrşad Telekom” haqda mətbuatda çoxlu yazılar. Belə ki, “İrşad Telekom”un servis xidməti daha çox gəlir əldə etmək üçün müştəriləri şərləyir. Belə bir hadisə bu yaxınlarda Bakı şəhər Xətai rayon sakini Əliyev Eldəniz Həsən oğlunun başına gəlmişdi. O, şirkətdən aldığı telefonla bağlı problem yarandığı üçün müraciət etdiyini, lakin heç bir xidmət göstərilmədiyini bildirmişdi “Ötən ilin iyun ayında “İrşad Telekom”dan rəsmi zəmanətlə 540 manata 1 illik kreditlə “Alcatel” telefonu almışam. 7-8 ay müddətində telefonun işləməsində heç bir problem olmayıb. Sadəcə cüzi cızılmalar olduğundan səliqəli görünsün deyə korpusu dəyişmək üçün müraciət etdim. Dedilər ki, bu, zəmanətə daxil deyil, amma öz vəsaitinizlə dəyişdirə bilərsiniz. 180 manata razılaşdıq. Dedilər ki, siz bizim yaxşı müştərimiz olduğunuz üçün 6 aylıq müddətinə ayda 30 manat verməklə sizinlə müqavilə bağlaya bilərik. Telefonun işlək vəziyyətdə olduğunu yoxladılar və müqavilə bağlanıldı.Telefonu təhvil verib evə gəldikdən sonra servis mərkəzindən mənə zəng gəldi ki, bəs telefonda problem yaranıb, tez ofisə gəlin. Problemin nədə olduğunu soruşanda bildirdilər ki, telefon haradasa açılıb və platanın üzərinə iş aparılıb. Gedəndə isə mənə dedilər ki, guya mən telefonda onların nümayəndəsi ilə danışanda telefonun “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında təmir edildiyini demişəm.Belə bir danışığın olmadığını dedim və əgər dedikləri kimi elə bir söz demişəmsə, danışıq qeydini göstərmələrini tələb etdim. Cavab verdilər ki, bəs danışıq birtərəfli olaraq qeydə alınıb və bu səbəbdən sizin dedikləriniz yazılmayıb. Özüm ali təhsilli insanam və bildirdim ki, telefon şirkətinin rəsmi zəmanəti ola-ola, servisi ola-ola niyə başqa bir yerə aparım?! Həmçinin nümayəndələriniz telefonu məndən götürəndə diqqətlə yoxladılar, əgər həqiqətən açılmış olsaydı, bunu mənə o zaman deyərdilər. Necə oldu ki, mən evə gedib çatandan sonra belə bir problem ortaya çıxdı? Görünür məni çağırmaqlarında, şərləməklərində məqsəd o idi ki, telefonda problem olduğuna inandırıb, əlavə vəsait alsınlar. Guya telefon açılıb və düzəldilməsə 1 gün, 5 gün sonra xarab ola bilər.Beləliklə haqlı olaraq haqsız vəziyyətə saldılar, tələbim yerinə yetirilmədi. Dedilər ki, telefonunuzu götürün və hara da istəyirsiz şikayət edin. Bildirmək istəyirəm ki, firmanın inkişafı, reklamı müştərinin məmnuniyyətindən, göstərilən xidmətdən asılıdır. Amma bunlar əksinə, müştərini necə aldatmaq, şərləməklə necə 100-150 manat artıq qazanmaqla qabağa düşmək haqda düşünürlər”.
Qeyd edək ki, anoloji hadisə son vaxtlar “İrşad Telekom”da adi hal alıb. Bu hallarla üzləşən çoxlu narazı insanlar var ki, şikayət etməyə vaxtları olmur, yaxud da abırlarından utanırlar.
Redaksiyamızda “İrşad Telekom” da baş verən bir neçə maxinasiya barədə məlumatlar var. Bir sıra dəqiqləşdirmələr apardıqdan sonra onları da oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.(bizimdovr.com)
“İrşad Telekom” müştərinin başına oyun açdı
24
avqust
13:47
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev