Emin Əmrullayevin Təhsil Naziri təyin olunmasını içtimaiyyət heç də müsbət qarşılamadı.
37 yaşlı gənc kadr işə başlayandan ümidləri doğrultmadı və hər şey daha da acınacaqlı vəziyyət aldı. Əli Həsənovun təyin etdirdiyi kadr Emin Əmrullayev işə başladığı gündən ağasına sadiq qalaraq Əli Həsənovun və onun xanımı-ledisi Sona Vəliyevanın əmrlərinə birbə-bir əməl etməklə onlara öz sədaqətini sübut etdi. Əslində Əli Həsənovun planı Emin Əmrullayevi yox xanımının kadrını və qohumunu bu vəzifəyə təyin etdirmək idi. Amma ki, bu xəbər mətbuata sızandan sonra planlar suya düşdü. Müvəqqəti olaraq Emin bəyi bu posta gətirdilər və realda isə qərarları özləri və yaxın qohumları olan xanım verir. Necə deyərlər adı Emin bəyin dadı Sona Vəliyevanın yaxın qohumunun.....
İndi isə gəlin Əli Həsənovun 37 yaşlı gənc kadrı Təhsil Nazirimiz Emin Əmrullayevin Əli Həsənova bağlılığını isbat edən faktları oxuyucularımıza çatdıraq. 28 yaşlı perspektivli gənci Azərbaycanda və dünyanın tanınmış yerlərində təhsil almasına kömək edən, yetişdirən Əli Həsənov 2009–2010-cu illərdə "Kaspi Edication" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edir. O da hamıya aydındır ki, "Kaspi Edication" MMC Əli Həsənova məxsusdur. Əli Həsənovun etimadını qazanan Təhsil Nazirimiz Emin Əmrullayev 2013-cü ildə "Kaspi Education" MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsinə təyin edilir. Onu da nəzərinizə catdıraq ki Əli Həsənovun Emin Əmrullayevi Təhsil Naziri görmək eşqi 2013-cü ildən başlayır. Amma o zamanlar Emin Əmrullayev 29 yaşında olduğu üçün Əli Həsənovun bu sevdası gerçəkləşə bilmir. Bir neçə ay "Kaspi Education" MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini işləyən 29 yaşlı Emin Əmrullayevə Əli Həsənovun daha bir ''SURPRİZİ'' olur və Əli Həsənovun 29 yaşlı gənc kadrı Emin Əmrullayev 2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlamışdır.O zamanlardan Təhsil Nazirliyində ''daydayısı'' Əli Həsənovun köməyi ilə ona xüsusi diqqət göstərilir və ehtiramla yanaşırmışlar. Daha sonra bir neçə ay keçməmiş 2013–2014-cü illərdə sektor müdiri, 2014–2015-ci illərdə şöbə müdirinin müavini, 2015–2020-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışıb. Daha sonra da Əli Həsənovun ''PEŞƏKAR KADR''ı Emin Əmrullayev 2020-ci ilin iyul ayında Təhsil Naziri vəzifəsinə təyin edilir. Və beləliklə Əli Həsənov və xanımı Sona Vəliyeva qohumlarını Təhsil Naziri və nazirlikdə digər məsul vəzifələrə təyin etdirməklə ölkənin bel sütunu olan təhsil sisteminə yiyələnməklə başqa sahələrə də öz təsir güclərini artırırlar.
Əli Həsənovun Prezident Sona Vəliyevanın da Vitse-prezident, birinci xanım olmaq sevdası mətbuatda, sosial şəbəkələrdə zaman-zaman yazılıb. Ümid edirik ki, Əli Həsənovu qovan Cənab Prezident cinayətkar Əli Həsənovun həbs olunması üçün lazımi tapşırıqları verərək xalqımıza yeni il hədiyyəsi edəcəkdir.
Növbəti yazımızda 2005–2009-ci illərdə Qafqaz Universiteti, Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışan Emin Əmrullayevin geniş bağlantılarından, Universitetlərə və onların tərkibində olan kolleclerə, məktəblərə olan təzyiqlərindən geniş bəhs edəcəyik.
Yazı Google-də Emin Əmrullayevin vikipediyasında öz təsdiqini tapır.
''GÜNDƏLİK BAKI''nın Araşdırma Qrupu(gundelik-baku.com)
Əli Həsənovun sağ əli Emin Əmrullayev necə təhsil naziri oldu?
04
dekabr
17:13
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev